Akademik zirvədə yeni mərhələ: ADU-nun qlobal mövqeyi təsdiqləndi
Ali təhsil müəssisələrinin
fəaliyyətini qlobal miqyasda qiymətləndirən nüfuzlu “Quacquarelli Symonds” (QS)
agentliyi 2026-cı il üçün sahələr üzrə dünya universitetlərinin reytinqini (QS
World University Rankings by Subject 2026) açıqladı. Qürurverici haldır ki,
universitetimiz bu ilki siyahıda öz mövqeyini daha da möhkəmləndirərək, beynəlxalq
təhsil xəritəsində mühüm bir uğura imza atmışdır.
Universitetimizin
xüsusilə strateji sahələrdə müasir texnologiyalar üzrə dünya reytinqlərində irəliləməsi
Azərbaycan təhsilinin qlobal rəqabətədavamlılığını bir daha sübut etdi. Beynəlxalq
tədqiqat şəbəkəsinin genişləndirilməsi və nüfuzlu elmi jurnallarda dərc olunan
məqalələrimiz bu yüksəlişin əsas hərəkətverici qüvvəsi olmuşdur.
İnanırıq ki,
qazandığımız bu mövqe bizi gələcək illərdə daha yüksək zirvələrə daşıyacaq, Azərbaycanın
intellektual potensialını dünya miqyasında layiqincə tanıdacaqdır.
Bu uğur isə heç
də təsadüfü deyil. Uzun illərdir Azərbaycanda elm və təhsilə dövlət səviyyəsində
ciddi diqqət göstərilir, elmi tədqiqat işlərinə böyük maliyyə vəsaitit
ayırılır, gənc alimllərin fəalliyətinə geniş meydan verilir. Son illərdə isə
elm və təhsilə dövlət dəstəyi daha da artıb. Bunun nəticəsidir ki, elm və təhsillə
bağlı beynəlxalq reytinq siyahılarında Azərbaycan universitetləri də yer alır.
Ölkəmizin göstəriciləri ildən-ilə yaxşılaşır.
Bu tarixi
nailiyyət münasibətilə universitetin rektoru
akademikKamal Abdullanı , professor-müəllim heyətini, tədqiqatçıları və əziz tələbələrimizi
ürəkdən təbrik edirik! Hər bir əməkdaşımızın bu zəfərdə payı və əməyi əvəzsizdir.
“Bu uğur bizim
üçün son deyil, yeni və daha böyük hədəflərin başlanğıcıdır. Məqsədimiz
universitetimizi dünyanın ən qabaqcıl elm və təhsil mərkəzlərindən birinə
çevirməkdir.”
Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedagogika kafedrasının müdiri,
dos.Məmmədli İranə Məhəmməd qızı
17:30 06.04.2026
Oxunuş sayı: 57