Paytaxtda ağac aşdı, yol bağlandı
Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.
Crossmedia.az xəbər verir ki, hadisə paytaxtın Neapol küçəsində qeydə alınıb.
Küçədə ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib. Hazırda avtobuslar alternativ olaraq əsas yol ilə hərəkət edirlər.
09:30 06.04.2026
Oxunuş sayı: 52