Bu il maaş artımı olacaq? - ekspertdən açıqlama
Azərbaycanda hər il olduğu kimi, bu il də dövlət büdcəsinə dəyişikliklərin edilməsi gözlənilir. Adətən may-iyun aylarına təsadüf edən bu proses çərçivəsində büdcəyə düzəlişləri nəzərdə tutan qanun layihəsinin mayın sonu və ya iyunun əvvəlində parlamentə təqdim olunacağı ehtimal edilir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, adətən bu artımlar ilin əvvəlində olur, il ərzində isə maaş və pensiyalar adətən sabit qalır, yəni dövlət büdcəsinə düzəliş olsa da, onların artırılması ənənəvi deyil:
"Eyni zamanda, inflyasiya sürətlənirsə, yəni malların və xidmətlərin qiyməti artırsa, insanlar üçün real gəlir, yəni əsl alıcılıq qabiliyyəti aşağı düşür.

Məsələn, minimum əmək haqqı 400 manatdır, amma inflyasiya 10% artıbsa, həmin 400 manat əvvəlki qədər mal və xidmət ala bilmir. Bu, insanların gündəlik xərclərində real azalma deməkdir.
Sadə desək, maaşlar artırılmasa da, əşyaların qiyməti qalxdığı üçün hər kəsin cibindəki pulun dəyəri azalır".
İqtisadçı qeyd edib ki, bu vəziyyət xüsusilə minimum əmək haqqı alanlar və pensiyaçılar üçün daha çətindir. Artıq neçə illərdir ki, pensiyalar artırılmır, illik indeksasiya isə artım sayılmır, bu qanunvericiliyin tələbidir.
Fatimə
12:10 04.04.2026
Oxunuş sayı: 1892