Nizami Kino Mərkəzinin divarlarına cızma-qara edilməsinin görüntüləri yayılıb
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Həmin görüntülərdə Münəvvər Taleh qızı Bərxudayevanın, Layla Samir qızı Muradinin, Şəfiqə Farid qızı Qaraşlının və Ardeshir Seyfpour Saad Abadinin kinoteatrın divarlarına cızma-qara etmələri yer alıb.
https://t.me/crossmediaaz/16065





19:59 03.04.2026
Oxunuş sayı: 50