Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Azərbaycanda körpələr, erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq etməkdir.
Qaydaların hazırlanmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) may ayına kimi yekunlaşdırmalıdır.
Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.
21:15 02.04.2026
Oxunuş sayı: 44