Elektron siqaretlərə qarşı sərt addım - sabahdan cərimələr başlayır
Aprelin 1-dən yeni cərimə qüvvəyə minir. Belə ki, dövlət başçısının təsdiqlədiyi dəyişikliklərə əsasən, elektron siqaretlərlə bağlı fəaliyyətlərə görə məsuliyyət sərtləşdirilir.
Qanuna görə, elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.
Crossmedia.az mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanovun dediklərinə görə, ticarət obyektlərində bu tip mallar bir məqsədlə saxlanılır, o da satış məqsədidir:

"Ona görə də, dövlət qurumları tərəfindən həmin mağazada aşkar olunacağı təqdirdə elektron siqaretlərin artıq satılması ilə əlaqəli fəaliyyət qeyd olunmaqla həmin mağaza barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun şəkildə cərimələrin tətbiq olunması da qaçılmaz olacaqdır".
Hüquqşünas hesab edir ki, ticarət obyektləri mütləq şəkildə satışını hələ həyata keçirmədikləri, ancaq onların anbarında qalmış məhsullarla bağlı dövlət qurumları ilə məsləhətləşmələr apardıqdan sonra həmin malları məhv olunması üçün müvafiq dövlət qurumlarına təqdim etməlidir.
Fatimə
10:00 31.03.2026
Oxunuş sayı: 54