Sumqayıtda mebel sexi yanıb
Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 750kv.m olan mebel sexinin yanar konstruksiyaları 70kv.m sahədə yanıb.
Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.
10:56 30.03.2026
Oxunuş sayı: 41