Efirlərdə nə baş verir???
Son dövrlərdə efirlərdə, xüsusilə də debat tipli verilişlərdə qəribə tendensiya müşahidə olunur. Efirə dəvət olunan qonaqlar mövzudan çox bir-birilərinin fikirlərini müzakirə edirlər. Müzakirə predmeti, az qala, unudulur.
Səbəb barədə düşünsəm də, açığı, konkret bir nəticəyə gələ bilmədim. Amma dəqiq bildiyim bir neçə məqam var.
Birincisi, insanlarda alternativ fikrə dözümlülük minimum səviyyədədir. Biri digərinin fikrini nəinki qəbul etmək, heç dinləmək də istəmir. Bu, kiməsə, o cümlədən ziyalı hesab olunan kəsə başucalığı gətirmir.
İkincisi, insanlarda səbr, demək olar, qalmayıb. Qarşı tərəf peşmandır ki, ağzını açsın və qeyri-standart fikir səsləndirsin...
Üçüncüsü, insanlar radikal davranırlar. İncə yumor, xəfif təbəssüm, təmkinlə həll edə biləcəkləri məsələ üçün "Burada mənəm, Bağdadda kor xəlifə" ritorikasını ortaya qoyurlar.
Dördüncüsü, insanlar bir çox halda öz reputasiyaları barədə də düşünmürlər. Bunun əslində özlərinin işgüzar nüfuzuna ziyan verəcəyini düşünmədən səviyyəsini bəyənmədikıəri qarşı tərəfə adekvat cavab verirlər.
Beşincisi, aparıcılar bu cür gərginlik üçün xüsusi səy göstərirlər. Sualları elə qoyurlar ki, qonaqlar arasında sözün əsl mənasında qırğın düşsün. Onu da bilirəm ki, aparıcılar və verilişin ideya müəllifləri bir çox hallarda dəvət etdikləri adamları təsadüfi olaraq seçmir, onların zidd mövqedə olmasına xüsusi diqqət yetirirlər.
Altıncısı, "efir mədəniyyəti" anlayışı çox kövrəkdir. Demək olar, ona əməl edən yoxdur. Adi bir bəhanə kifayətdirdir ki, insanlar canlı efirdəcə bir- birilərinə qarşı "səlib yürüşünə" başlasınlar, etik normaları çeynəsinlər.
Nəticə etibarilə efir məkanındakı probıemlərin bir çoxu məhz qeyd olunan məqamla bağlıdır. Əslində nəinki efir məkanının, həm də cəmiyyətin. Əgər cəmiyyətin ziyalısı canlı yayımda başqa bir ziyalını tərəddüdsüz, sanki elə belə olmalı imiş kimi vay daha mənim sözüm yoxdur...
10:56 23.03.2026
Oxunuş sayı: 1991