Şirvanda yol qəzası olub, dörd nəfər xəsarət alıb
Şirvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az Report-a istinadən məlumat verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Əmrahov Rüfət Habil oğlu, 2010-cu il təvəllüdlü Quliyeva Fatimə Pərviz qızı, 1984-cü il təvəllüdlü Şatayeva Aynurə Zaur qızı və 2004-cü il təvəllüdlü Şatayev İsmayıl Elxan oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan üç nəfər ambulator müalicəyə buraxılıb. R. Əmirov isə xəstəxanaya yerləşdirilib.
23:03 22.03.2026
Oxunuş sayı: 49