BƏƏ XİN rəhbəri İranı terrorçu adlandırdı
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed regionda artan gərginlik fonunda İranla bağlı kəskin bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir İranı “terrorçu” adlandıraraq Tehranın siyasətini sərt şəkildə tənqid edib. O, eyni zamanda ABŞ-kı Fransanın keçmiş səfiri Jerar Araudun Əmirliklərin təhlükəsizlik məsələlərində ABŞ-yə artan etibarını tənqid etməsinə də cavab verib.
Abdullah bin Zayed bildirib ki, həm İranın fəaliyyəti, həm də Əbu-Dabinin siyasətinə yönələn ittihamlar qəbuledilməzdir:
“Biz heç vaxt terrorçular tərəfindən şantaj olunmayacağıq”.
09:26 23.03.2026
Oxunuş sayı: 47