ABŞ Prezidenti Britaniya Baş nazirini lağa qoyub
ABŞ Prezidenti Donald Tramp ilə Böyük Britaniyanın Baş naziri Keyr Starmer arasındakı münasibətlər rəqəmsal platformalarda yayılan parodiya videoları ilə yeni bir gərginlik mərhələsinə qədəm qoyub.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Donald Tramp özünə məxsus "Truth Social" platformasında Britaniya hökumət başçısını hədəf alan satirik bir video paylaşaraq onu kəskin tənqid atəşinə tutub. Sözügedən parodiya çarxında Keyr Starmerin obrazı Trampa zəng edərək Londonun Hörmüz boğazına hərbi gəmi göndərmək iqtidarında olmadığını etiraf etməkdən çəkindiyi və ABŞ liderinin sərt reaksiyasından ciddi şəkildə qorxduğu təsvir olunur. Süjet xətti tamamilə Britaniya Baş nazirinin Vaşinqton qarşısındakı tərəddüdləri və hərbi-siyasi zəifliyi üzərində qurulub. Bu addım iki strateji müttəfiq ölkənin rəhbərləri arasındakı şəxsi və siyasi ixtilafların artıq açıq müstəviyə keçdiyini və diplomatik etikadan kənar metodlarla ifadə olunduğunu bir daha təsdiqləyir.
23:13 22.03.2026
Oxunuş sayı: 1121