İran hərbi doktrinasını dəyişdi: Müdafiədən hücuma keçid elan edildi
İran Silahlı Qüvvələrinin strateji yanaşmasında köklü dəyişiklik baş verib və ölkə rəsmi olaraq müdafiə mövqeyindən hücum taktikasına keçdiyini bəyan edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib ki, İran ordusunun hərbi doktrinası artıq tamamilə yenilənib və döyüş taktikalarında əsaslı dəyişikliklər edilib. Onun sözlərinə görə, gələcək əməliyyatlarda ən qabaqcıl texnologiyalar, müasir silahlar və innovativ avadanlıqlardan istifadə olunacaq ki, bu da regiondakı güclər nisbətinə təsir göstərə bilər. Abdullahi həmçinin vurğulayıb ki, ABŞ və İsrail ordularını yaxın gələcəkdə gözlənilməz "sürprizlər" gözləyir. Bu bəyanat Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İranın hərbi ritorikasının daha da sərtləşdiyini və regionda hərbi qarşıdurma riskinin artdığını nümayiş etdirir.
22:36 22.03.2026
Oxunuş sayı: 50