Cəlilabadda avtomobilin vurduğu piyada ölüb
Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmkəndlisini - 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
21:15 21.03.2026
Oxunuş sayı: 309