Ermənistanda baş nazirliyə namizəd olan Köçəryan Qarabğla bağlı revanşist fikirlər səsləndirib
Qarabağ sakinlərinin vətənlərinə qayıtması məsələsinin həlli vaxt tələb edir və ilk addım onların qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması olmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizədi Robert Köçəryan bildirib.
Köçəryan qeyd edib ki, Qarabağa qayıtmaq üçün əvvəlcə qayıtmaq hüququ tanınmalıdır. Bu gün Ermənistan bir dövlət olaraq bu məsələni müzakirə etmək belə istəmir.
Onun sözlərinə görə, qayıtmaq hüququ tanındıqdan sonra Qarabağ sakinlərinin təhlükəsizliyini təmin etmək üçün işlər görülməlidir - burada təhlükəsiz qayıtmaqdan danışırıq.
"Bu, çox çətin olacaq və vaxt aparacaq",- deyə Robert Köçəryan vurğulayıb.
Bununla belə, onun fikrincə, hətta ilk baxışdan həll olunmayan görünən problem belə düzgün təşkilatlanma ilə həll edilə bilər.
"Həyatımda elə hallar olub ki, həlli mümkün olmayan məsələlər ardıcıl iş yolu ilə həll olunub. Əgər həll yoluna inanmırsınızsa, o tapılmayacaq. Məhz bu, məsələnin həlli üçün yanaşma və alqoritmdir. İndi biz geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınmasından danışırıq. "Biz buradan başlamalıyıq", - deyə o əlavə edib.
23:05 21.03.2026
Oxunuş sayı: 73