İran raketi İsrailin mərkəzinə düşdü
İran İsrailin mərkəzi ərazisinə raket atıb, onlardan biri uşaq bağçasının yaxınlığında düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Təcili yardım xidmətlərinin məlumatına görə, İsrailin mərkəzi Quş Dan rayonunda kasetli döyüş başlığı olan ballistik raket atılıb və Rişon LeZion şəhərindəki üç əraziyə zərər vurub.
Zərbə məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi məhəlləyə dəyib. Qəlpə binaya ciddi ziyan vurub, lakin birbaşa zərbə qeydə alınmayıb.
Təcili yardım xidməti hadisə zamanı heç kimin xəsarət almadığını bildirib.
Məlumata görə, raketin çəkisi təxminən 100 kiloqramdır.
20:02 21.03.2026
Oxunuş sayı: 534