İran ABŞ bazalarına 800 milyon dollardan çox ziyan vurub
Yaxın Şərqdə gərginlik zamanı İran qüvvələri ABŞ hərbi bazalarına 800 milyon dollardan çox ziyan vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə "BBC Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi"nin hesabatında bildirilib.
Hesabatda bildirilir ki, hücumlar əsasən hava hücumundan müdafiə sistemlərinə və peyk rabitə qurğularına yönəlib.
Ən ciddi ziyan "THAAD" sistemi, "AN/TPY-2" radarı, eləcə də ABŞ bazalarındakı binalar və digər infrastruktura dəyib.
Qeyd olunur ki, ümumi zərərin əhəmiyyətli hissəsi İranın gərginliyin başlanmasından bir həftə sonra həyata keçirdiyi ilkin cavab zərbələri nəticəsində yaranıb.
18:18 21.03.2026
Oxunuş sayı: 488