İran raket imkanlarını nümayiş etdirir
İranın Dieqo-Qarsiya bazasına endirdiyi zərbələr ölkənin ballistik raket imkanlarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri yazıb.
Tehran əvvəllər aqressiv görünməmək üçün 2,500 km-dən uzaq hədəflərə çata bilən raketlərdən istifadə etmirdi, lakin son müharibə dövründə bu limiti ilk dəfə keçib. Bu hərəkət İranın artıq qırmızı xəttlərə məhəl qoymadığını nümayiş etdirir. Analitiklər bildirirlər ki, Dieqo-Qarsiya bazasına hücum ABŞ-nin Quam bazasını da potensial hədəf halına gətirir və İranın ABŞ-nin bütün aktivlərini hədəfə ala biləcəyini göstərən güc nümayişidir.
18:00 21.03.2026
Oxunuş sayı: 187