ABŞ İranın hərbi dəniz bazasına raket zərbəsi endirib
ABŞ İranın Cask şəhərində hərbi dəniz bazasına raket zərbəsi endirib
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peyk görüntüləri hücumun nəticələrini göstərir.
Videoda fevralın 28-də limana təxminən 12 kater/patrul gəmisinin yanaşdığı görünür. martın 4-də endirilən zərbə nəticəsində limandakı bütün gəmilər məhv edilib.
Yaxınlıqda yerləşən meydança sistemli dəqiq zərbələrə məruz qalıb. Bir neçə binanın damında sursatların nüfuz izləri aydın görünür. Əlavə olaraq, uçuş-eniş zolağı boyunca və yaxın meşəlik ərazidə bir çox kraterlər müşahidə olunur.
Meşəlik ərazidə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış qurğularının məhv edildiyini görünür.
18:58 21.03.2026
Oxunuş sayı: 51