Əri tərəfindən öldürülən müəllimlə bağlı cinayət işi başlandı
Suraxanı rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Crossmedia.az-a rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.
09:50 21.03.2026
Oxunuş sayı: 41