Avtomobil piyadanı vuraraq öldürüb
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Crossmedia.az xəbər verir ki, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçərkən avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(Report)
23:22 19.03.2026
Oxunuş sayı: 43