Pezeşkian xalqı birliyə çağırdı: Novruzda kin-küdurəti kənara qoyaq”
İran prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibəti ilə xalqa müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə prezident “X” hesabında paylaşım edərək vətəndaşları birlik və həmrəyliyə çağırıb.
Pezeşkian bildirib ki, Novruz yaxınlaşdıqca kin-küdurət, kədər və fikir ayrılıqları kənara qoyulmalıdır.
O, vurğulayıb ki, bu il ölkənin daha çox birlik, milli harmoniya və qarşılıqlı dəstəyə ehtiyacı var.
“Gəlin İranımızı yaşadığımız fırtınalardan təhlükəsiz şəkildə çıxarmaq üçün əl-ələ verək”, - deyə, Pezeşkian qeyd edib.
18:25 21.03.2026
Oxunuş sayı: 104