İran zərbələri Qətərin qaz ixracına zərbə vurub
Qətər İranın zərbələri nəticəsində infrastruktura dəyən ziyana görə yaxın 3–5 il ərzində LNG ixracatının təxminən 17%-ni itirə bilər.
Crossmedia.az bu barədə "Reuters"-ə istinadən xəbər verir.
Məlumata əsasən, üç obyektə dəyən zərərdən sonra "QatarEnergy" şirkətinin illik itkilərinin 20 milyard dollara çatacağı gözlənilir.
Şirkətin İtaliya, Belçika, Cənubi Koreya və Çin ilə bağladığı uzunmüddətli LNG təchizatı müqavilələri üzrə fors-major vəziyyət elan edə biləcəyi bildirilir.
21:37 19.03.2026
Oxunuş sayı: 45