İran növbəti hədəfini açıqladı
Hayfaya endirilən zərbə verilən cavabın yalnız ilkin mərhələsidir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.
Onun sözlərinə görə, əgər İsrail və ABŞ İranın enerji infrastrukturuna qarşı hücumları davam etdirərsə, Tehran daha sərt addımlar atacaq.
“Hayfaya bu gün endirilən zərbə verilən cavabın ilkin hissəsidir. Əgər İsrail və ABŞ İran enerji infrastrukturuna qarşı hücumlara davam etsələr, biz İsrailin əsas qaz infrastrukturu sayılan Tamar və Leviatanı da məhv edəcəyik”, – deyə o qeyd edib.
20:36 19.03.2026
Oxunuş sayı: 65