Laricaninin ölümündən sonra Pezeşkian istefa vermək istəyib
İran Ali Təhlükəsizlik Şurasının mərhum katibi Əli Laricaninin ölümündən sonra İran Prezidenti Məsud Pezeşkian istefa vermək və bunun üçün Ali Dini Lider Müctəba Xamneyi ilə görüşmək istəyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lakin SEPAH belə bir şeyin mümkün olmadığını qeyd edib.
Açıqlanan bəzi detallara görə Pezeşkian yaxın ətrafı ilə söhbətlərində ölkə daxilində real səlahiyyətlərinin məhdudlaşdırıldığını açıq şəkildə dilə gətirib. Onun yaxın çevrəsinə dediyi iddia olunan daha geniş sitat belə təqdim olunur:
"Onlar — SEPAH mənə demək olar ki, heç nə etməyə imkan vermir. Ölkədə baş verən əsas proseslərdən, xüsusilə hərbi və strateji qərarlardan tam kənarlaşdırılmışam. Mənə sadəcə formal vəzifə verilib. Hətta bəzi hallarda Ali Rəhbərlə əlaqə saxlamaq, mövqeyimi bildirmək imkanım belə olmur. Bu şəraitdə özümü artıq sistem üçün lazım olmayan bir fiqur kimi hiss edirəm.”
O istefa variantını ciddi şəkildə nəzərdən keçirir. Çünki SEPAH açıq olaraq onun tapşırıqlarını ciddiyə almır.
17:05 19.03.2026
Oxunuş sayı: 52