Buşehr AES hədəfə alınıb
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatına görə, yüksək keyfiyyətli peyk görüntüləri Airbus tərəfindən əldə edilib və mərminin Buşehr AES-ə təxminən 350 metr məsafədə düşdüyünü göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran rəsmiləri bildirib ki, ABŞ və İsrail hücumları zamanı stansiya ərazisindəki tikililərdən biri zədələnib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi isə əsas reaktorun hücum zamanı zərər görmədiyini təsdiqləyib.
16:13 19.03.2026
Oxunuş sayı: 48