HƏMAS-ın komandiri ÖLDÜRÜLDÜ
İsrail Müdafiə Qüvvələri (İDF) və Şin Bet qüvvələri HƏMAS-ın Xan Yunis Briqadasının hərbi kəşfiyyat komandiri Məhəmməd Əbu Şəhlanı öldürüblər.
Crossmedia.az bu barədə xarici mediaya isttinadən xəbər verir.
Şəhla briqadanın baş kəşfiyyatçısı olaraq 7 oktyabr qırğınının planlaşdırılmasında iştirak edib və Qəzza zolağında İDF-yə qarşı terror hücumları hazırlayırdı.
İDF bildirib ki, əməliyyat zamanı mülki şəxslərə zərəri minimuma endirmək üçün dəqiq silah və kəşfiyyat məlumatlarından istifadə olunub. Qüvvələr bölgədə təhlükəsizliyi təmin etmək və ani təhdidləri aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirəcək.
14:45 19.03.2026
Oxunuş sayı: 48