Laricaninin yerinə o TƏYİN EDİLDİ
İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Hüseyn Dehqan təyin edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dehqan əvvəllər müdafiə naziri və Ali Liderin müdafiə sənayesi üzrə müşaviri olub və SEPAH kadrıdır.
Bundan əlavə, Mustafa Purməhəmmədi İsmayıl Xətibin yerinə İran kəşfiyyatının rəhbəri təyin edilib. Purməhəmmədi əvvəllər Daxili İşlər naziri, Baş prokuror və Xarici Kəşfiyyat İdarəsinin direktoru vəzifələrində çalışıb. Hələlik təyinatlar rəsmi olaraq təsdiqlənməyib.
14:31 19.03.2026
Oxunuş sayı: 45