Paşinyan Müstəqillik Bəyannaməsini "münaqişə bəyannaməsi" adlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “münaqişə və asılılıq bəyannaməsi” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Bu, müstəqillik bəyannaməsi deyil, münaqişənin elan edilməsi və nəticədə asılılıq elanıdır”, - Paşinyan bildirib.
O, region ölkələrini eyni mərtəbədəki mənzillərə bənzədib və bəyan edib ki, Bəyannamədə Ermənistanın qonşuları üçün təhdidlər var və bu şəraitdə ölkə ancaq kənardan dəstək ilə mövcud ola bilər:
"Xarici yardımın gözlənilməsi isə həmin dəstəyin mənbəyindən artan asılılıq yaradır. Deməli, Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir".
14:38 19.03.2026
Oxunuş sayı: 42