İran XİN rəhbəri Makronu tənqid edib
İranın xarici işlər naziri Abbas Əraqçi Fransa prezidenti Emmanuel Macronu ABŞ və İsrailin hərəkətlərinə münasibət bildirmədiyinə görə tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, Makron “İsrail-ABŞ müharibəsini bir kəlmə də pisləməyib”.
Əraqçinin sözlərinə görə, Fransa Tehranın yanacaq infrastrukturuna edilən hücumlara, həmçinin milyonlarla insanın toksinlərə məruz qalmasına səbəb olan və qaz qurğularını hədəf alan zərbələrə də reaksiya verməyib.
İran rəsmisi vurğulayıb ki, Parisin hazırkı “narahatlığı” yalnız Tehranın cavab tədbirlərindən sonra ortaya çıxıb.
“Bu narahatlıq İsrailin qaz qurğularımıza hücumlarından sonra yaranmadı. Bu, bizim cavabımızdan sonra meydana gəldi. Bu, kədərlidir”, – deyə o əlavə edib.
14:18 19.03.2026
Oxunuş sayı: 40