Rusiya İrana hərbi yardımını artırıb
Rusiya İrana hərbi yardımını artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilir ki, Moskva Tehrana peyk kəşfiyyatı və dron hücum texnologiyaları təqdim edib.
Bu isə İranın Yaxın Şərqdəki ABŞ və müttəfiq qüvvələrini daha dəqiq hədəf almasına imkan yaradır.
Məlumata əsasən, Rusiya həmçinin Ukrayna müharibəsində əldə etdiyi təcrübəyə əsaslanaraq İrana pilotsuz uçuş aparatları (PUA) üzrə taktiki məsləhətlər verir.
Qeyd olunur ki, Moskva uzanan münaqişədən faydalanır.
Xüsusilə neft qiymətlərinin artması və Qərbin diqqətinin Ukraynadan qismən yayınması Rusiyanın maraqlarına uyğun hesab edilir.
21:51 18.03.2026
Oxunuş sayı: 46