Moskva Paşinyandan narazıdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zaxarova bildirib ki, Paşinyanın Ermənistan ruhaniləri arasında “üçüncü ölkələr” və keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına istinad etməsi çaşqınlıq doğurur.
“Əlbəttə ki, üçüncü ölkə, amma söhbət Rusiyadan gedir. Bu adam deyir ki, əgər onlar Avropa İttifaqına qəbul olunsalar, qalib gələcəklər, qəbul olunmasalar da, qalib gələcəklər… Belə insanlar adətən şahmatda qalib gəlirlər”, – deyə o qeyd edib.
19:57 18.03.2026
Oxunuş sayı: 49