Ərdoğan Oman lideri ilə regional məsələləri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysem Bin Tariq ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, liderlər Türkiyə-Oman ikitərəfli münasibətlərini və regional məsələləri müzakirə ediblər.
R.T.Ərdoğan İrana qarşı hücumlar və ardınca İranın bölgədəki qardaş ölkələrə hücumlarının regionu əvvəllər bənzəri görülməmiş bir təhlükəsizlik böhranı ilə üz-üzə qoyduğunu deyib. O, Omana qarşı hücumları da qəbuledilməz hesab etdiyini bildirib.
Prezident Ərdoğan Türkiyə olaraq mövcud vəziyyətdə belə vasitəçilik daxil diplomatik təşəbbüslərdən əl çəkmədiklərini, bu səylərin davam edəcəyini vurğulayb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
19:42 18.03.2026
Oxunuş sayı: 46