BƏƏ-də İrana məxsus mərmi Avstraliya qərargahının yanına düşdü
Avstraliya Baş naziri Entoni Albaneze bildirib ki, İrana məxsus mərmi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Minhad” aviabazasında yerləşən Avstraliya qərargahının yaxınlığına düşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nəticədə bir yaşayış bloku və tibb müəssisəsinə ziyan dəyib, lakin xəsarət alan olmayıb.
Albaneze əlavə edib ki, İranın “Əl-Minhad” bazasını birbaşa hədəf alıb-almadığını təsdiqləmək mümkün deyil və Avstraliya hazırda müharibə vəziyyətində deyil.
18:52 18.03.2026
Oxunuş sayı: 51