ÜST nüvə fəlakətinə hazırlaşır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat potensialını nəzərə alaraq mümkün nüvə fəlakətinə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Təşkilatın hazırlıq planları nüvə hücumlarının yaratdığı humanitar və sağlamlıq təhdidlərini idarə etməyə yönəlib. Rəsmi mənbələr bildirir ki, ÜST potensial fövqəladə hallar üçün beynəlxalq koordinasiyanı gücləndirir və regiondakı ölkələrlə əməkdaşlıq edir.
18:07 18.03.2026
Oxunuş sayı: 2489