Avropa Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcəyini AÇIQLADI
Finlandiya, Yunanıstan və Fransa rəhbərliyi Hörmüz boğazı ətrafındakı gərginlik və İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Finlandiya prezidenti Aleksandr Stubb açıqlayıb ki, Avropa İrana qarşı hərbi əməliyyat qərarı barədə əvvəlcədən məlumatlandırılmadığı üçün Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində ABŞ-yə yardım etməkdən imtina edib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkəsinin hazırkı münaqişə zonasında heç bir əməliyyatda iştirak etməyəcəyini və Avropanın belə bir missiyaya marağının az olduğunu vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron da Parisin Hörmüz boğazının blokunun açılması əməliyyatlarında iştirak etməyəcəyini təsdiqləyib.
16:23 18.03.2026
Oxunuş sayı: 50