Netanyahu İran xalqına videomüraciət etdi
Benyamin Netanyahu Tel-Əvivdə yerləşən Kirya Base hərbi bazasından İran xalqına videomüraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbr verir.
Novruz bayramı münasibətilə etdiyi çıxışda Netanyahu İsrail Hava Qüvvələrinin əməliyyatlarına toxunaraq, zərbələrin “yerüstü hədəflərə, o cümlədən yollar və meydanlarda olan silahlı şəxslərə” yönəldiyini bildirib.
O, çıxışında iranlılara bayramı qeyd etməyə çağırıb və regional gərginliklərə baxmayaraq insanları sülh və bayram əhval-ruhiyyəsini qorumağa dəvət edib.
12:32 18.03.2026
Oxunuş sayı: 58