Türkiyə vətəndaşlarını İraqı tərk etməyə çağırdı
Türkiyənin İraqdakı səfirliyi ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ehtimalına görə vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Səfirliyin açıqlamasına görə, İraq hava məkanının bağlanması və 19 mart tarixinə qədər uçuşların ləğv edilməsinə baxmayaraq, vətəndaşlar ölkəni quru sərhədlər vasitəsilə tərk edə bilərlər.
Diplomatik missiya insanları ölkə daxilində izdihamlı yerlərdən, mülki əhalinin toplandığı mərkəzlərdən, Bağdaddakı Yaşıl Zonadan, etiraz yerlərindən və hava limanlarından çəkinməyə, ehtiyatlı olmağa və hava hücumundan müdafiə sistemlərindən uzaq durmağa çağırıb.
Bundan əlavə, səfirlik Türkiyə vətəndaşlarına İraq daxilində neft yataqlarından da uzaq durmağı tövsiyə edib. Hadisələrlə bağlı vəziyyətə diqqət yetirilməsi və ehtiyatlı davranılması vurğulanıb.
10:32 18.03.2026
Oxunuş sayı: 42