ABŞ–Suriya münasibətlərində yeni gərginlik
ABŞ Suriya rəhbərliyini Livana hərbi müdaxilə variantını nəzərdən keçirməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton ABŞ Suriya hökumətini Hizbullahı neytrallaşdırmaq məqsədilə Livana qoşun yeridilməsi variantını dəyərləndirməyə təşviq edib.
Hələlik, Suriya rəhbərliyi münaqişənin genişlənməsi, İranın qisas addımları və ölkədə məzhəb gərginliyi ehtimallarını nəzərə alaraq tərəddüd nümayiş etdirir. Suriya və onun ərəb tərəfdaşları müvəqqəti olaraq neytrallığı qorumaq barədə razılığa gəliblər.
Analitiklər bildirirlər ki, müharibənin şiddəti artacağı təqdirdə Livan ərazisinə qoşun yeridilməsi ssenarisi hələ də aktual olaraq qalır.
10:13 18.03.2026
Oxunuş sayı: 46