Laricani Müctəba Xameneinin mümkün varisliyinə qarşı çıxdı
İranın nüfuzlu şəxslərindən olan Əli Laricani Müctəba Xameneinin bu vəzifəyə mümkün namizədliyinə qarşı çıxıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, ruhani şuranı daha mülayim mövqeli namizədi nəzərdən keçirməyə çağırıb.
Laricani bildirib ki, belə bir addım İran cəmiyyətinə və beynəlxalq ictimaiyyətə ölkənin siyasi kursunu dəyişdiyini göstərmək üçün siqnal ola bilər. Bu, uzun müddət ölkəyə rəhbərlik etmiş Ayətullah Əli Xameneinin sərt siyasətindən uzaqlaşma kimi qiymətləndirilə bilər.
Qeyd olunur ki, Laricaninin ölümü ölkə daxilində güc balansına təsir göstərə bilər. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu daxilində sərt xətt tərəfdarlarının mövqelərinin daha da güclənəcəyi ehtimal edilir.
Analitiklər hesab edir ki, bu proses İranın gələcək siyasi istiqaməti ilə bağlı müzakirələri daha da intensivləşdirə bilər.
09:39 18.03.2026
Oxunuş sayı: 50