Kallas: İran müharibəsini bitirməyin vaxtı çatıb
Bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranla qarşıdurmanın dərhal dayandırılması çağırışı edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kallas bildirib ki, müharibələrin problemi ondadır ki, onları başlatmaq dayandırmaqdan daha asandır və tezliklə nəzarətdən çıxır. Onun sözlərinə görə, bu müharibənin dərhal dayanması hər kəsin xeyrinə olardı.
Aİ rəsmisi həmçinin bölgədəki gərginliyin azaldılması və diplomatik yolların fəal istifadəsinin vacibliyini vurğulayıb.
19:00 17.03.2026
Oxunuş sayı: 47