İranda hüquq-mühafizə və hərbi strukturlarda ciddi kadr problemi müşahidə olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
SEPAH və polis qüvvələri arasında fərarilik halları artmaqda davam edir.
Bildirilib ki, yalnız bir əməliyyat bazasında təxminən 350 nəfər xidmət yerini tərk edib, bəzi bölmələrdə fərarilik və ya işə çıxmama göstəricisi 90 faizə qədər yüksəlib.
Problemi aradan qaldırmaq üçün SEPAH təcili tədbirlər görür: təqaüdə çıxmış hərbçilər yenidən xidmətə çağırılır və bəzi məhbuslar əfv vədi ilə təhlükəsizlik strukturlarına cəlb edilir.