Xamenei ABŞ-nin atəşkəs təklifini rədd etdi
İran ABŞ-dən iki vasitəçi üzərindən atəşkəs təklifi alıb, lakin yeni Ali Lider Ayətullah Müctəba Xamenei bunu rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Rəsmi şəxsin açıqlamasına görə, Xameneinin ilk xarici siyasət görüşündə ABŞ və İsrailə qarşı mövqeyi çox sərt və ciddi olub. Liderin görüşdə şəxsən iştirak edib-etmədiyi barədə məlumat verilməyib.
Bir gün əvvəl isə ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını bəyan etmişdi. Müctəba bütün zərərlərə baxmayaraq ABŞ-ni bataqlığa salmağı əmr edib.
18:37 17.03.2026
Oxunuş sayı: 48