Şoyqu Ukraynanın Rusiyadakı hücumlarını ifşa etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, bu yaxınlara qədər Ukrayna tərəfindən hava zərbələri endirilə bilməyən Ural indi birbaşa təhlükəli zonada yerləşir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, pilotsuz sistemlərin inkişafı nəticəsində Rusiya Federasiyasının istənilən bölgəsi potensial təhlükə altındadır.
Şoyqu əlavə edib ki, Ukraynanın Rusiya infrastrukturuna hava hücumları demək olar ki, dörd dəfə artıb və Kiyev Rusiyada təxribat və terror hücumlarına cəhd etməyə davam edir. Hədəflər əsasən hərbi, nəqliyyat və yanacaq-enerji obyektləridir.
17:08 17.03.2026
Oxunuş sayı: 42