Anti-Amerika mövqeyi və ABŞ-yə qarşı sərt bəyanatları ilə tanınan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ailə üzvləri Qərb ölkələrində yaşayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.
Hesabatda bildirilir ki, Laricaninin qızı Fatimə Laricani 2017-ci ildə ABŞ-yə daxil olub və daha sonra Bayden administrasiyası dövründə daimi yaşayış icazəsi – “yaşıl kart” əldə edib.
Eyni zamanda, Laricaninin ən kiçik qardaşı Baqir Laricani də 2017-ci ildə Kanadada daimi yaşayış icazəsi alıb. Kanada Miqrasiya və Qaçqınlar Şurası onun “ixtisaslı işçi və həkim kimi təcrübəsinə görə” uyğun namizəd olduğunu açıqlayıb. Lakin 2022-ci ildə Baqir Laricani son beş ildə ölkədə tələb olunan minimum 730 günü keçirmədiyi üçün Kanadadan çıxmağa məcbur edilib.
Hesabatda həmçinin qeyd olunur ki, Laricaninin digər qardaşı oğlu Britaniyada universitetlərdən birində professor kimi fəaliyyət göstərir.