İraqda neft yatağı HƏDƏFƏ ALINDI
Martın 16-sı gecə İraq ərazisində bir neçə əsas hərbi və strateji obyekt silsilə hücumların hədəfinə çevrilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr nəticəsində azı 6 nəfər həlak olub, 4 nəfər yaralanıb.
İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ölkənin təhlükəsizlik qüvvələrinə hücumları dərhal araşdırmaq tapşırığı verib. Baş nazirin sözçüsü Səbah ən-Numan isə bildirib ki, təhlükəsizlik qüvvələri “xain hücumlarla” üzləşib və ölənlər arasında İraq Xalq Səfərbərlik Qüvvələri (Həşd Şəəbi) üzvləri də var.
Hücumlar bir neçə strateji obyektə yönəlib. Hədəflər arasında Məcnun neft yatağı, Ər-Rəşid beynəlxalq hoteli və Balad aviabazası yer alır.
Rəsmi qurumlar tərəfindən hadisələrin səbəbləri və məsuliyyət daşıyan tərəflərlə bağlı araşdırmalar davam etdirilir.
14:52 17.03.2026
Oxunuş sayı: 43