İranda son hərbi gərginlik fonunda ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf mühüm açıqlama ilə çıxış edib.
Crossmedia.az bu barədə İran mediası məlumat yayıb.
Qalibaf bildirib ki, qarşıdurma zamanı düşmənin əsas məqsədi İranın ali rəhbəri Əli Xameneyi-ni aradan qaldırmaq olub. Onun sözlərinə görə, buna baxmayaraq, plan baş tutmayıb və ölkədə mövcud hakimiyyət sistemi qorunub saxlanılıb.
Parlament sədri vurğulayıb ki, 12 gün davam edən gərginlik dövründə düşmən qarşıya qoyduğu hədəflərə çata bilməyib. O, həmçinin əlavə edib ki, hadisələrdən sonra İranın raket sistemlərində müəyyən dəyişikliklər edilib.
Rəsmi açıqlamada ölkədə vəziyyətin nəzarət altında olduğu və dövlət idarəçiliyinin davam etdiyi qeyd olunub.