Qazaxıstan yeni konstitusiya qəbul etdi
Qazaxıstanda referendum nəticəsinə görə, yeni Konstitusiyaya 87,15% səs verib. 7 954 667 nəfər qəbul tərəfdarı olub, 898 099 nəfər əleyhinə səs verib.
Yeni Konstitusiya mətni təxminən 84% yenilənib. Əsas dəyişikliklər arasında vitse-prezident vəzifəsinin bərpası, parlamentin təkpalatalı Qurultaya çevrilməsi və yeni məsləhətçi orqan — Xalq Şurasının yaradılması var.
Crossmedia.az xarici mənbəyə istinadən bildirir ki,prezidentliyə namizədlər üçün tələblər sərtləşdirilib. Qurultay qanunverici funksiyalar icra edəcək, Xalq Şurası isə ictimai iştirak platforması rolunu oynayır.
Rəmziyyə Babazadə
13:20 17.03.2026
Oxunuş sayı: 45