Avropa çempionatında daha 2 medal
Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U23 Avropa çempionatı sona yaxınlaşır.
Crossmedia.az xəbər verir ki , yarışın 6-cı günündə iki yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Fərid Sadıxlı (55 kq) finalda rusiyalı Alibek Amirova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub və gümüş medalı boynundan asıb.
İlkin Qurbanov (63 kq) təsəlliverici görüşdə fransalı Lukas Qrassoya 4:2, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Rati Xozrevanidzeyə “tuş”la qalib gələrək Avropa üçüncüsü olub.
09:39 15.03.2026
Oxunuş sayı: 35