Zelenski: Ukrayna danışıqları “Santa Barbara”ya çevrilib
Volodimir Zelenski Ukrayna ilə bağlı aparılan danışıqların mürəkkəb və qeyri-müəyyən vəziyyətə düşdüyünü bildirib.
Crosmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir
Ukrayna prezidenti qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr səbəbindən danışıqlar prosesi çətinləşib və vəziyyət “Santa Barbara” serialına bənzəyir.
Onun sözlərinə görə, ABŞ tərəfi görüş keçirməyə hazır olduğunu bildirsə də, təhlükəsizlik səbəbindən yalnız ABŞ ərazisində görüş təşkil edilə biləcəyini deyib.
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti Mayami və ya Vaşinqton şəhərlərinə getməyə hazır olduğunu təsdiqləyib. Lakin Rusiya tərəfi ABŞ-a getməkdən imtina edərək, görüşün Türkiyə və ya İsveçrədə keçirilməsini təklif edib. ABŞ isə bu variantla razılaşmayıb.
Fidan Şahkərəmova
16:08 14.03.2026
Oxunuş sayı: 48