Ər-Riyadda mühüm görüş: İranın regiondakı təsiri müzakirə olundu
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud arasında görüş baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı tərəflər İranın regiondakı hərəkətlərinin təsirləri və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün birgə səylər də gündəmdə olub.
Britaniya tərəfi İranın Səudiyyə Ərəbistanına və regiondakı bəzi ölkələrə qarşı həyata keçirdiyi hücumları pisləyib və Londonun təsirlənən ölkələrlə həmrəy olduğunu bir daha vurğulayıb.
09:42 14.03.2026
Oxunuş sayı: 46